e-Tabib

e-Tabib

App Store App Health & Fitness Azerbaijan
1514777201 · az.gov.etabib
Installs
Not published by Apple
Ratings (popularity signal, not installs): 748
Rating
2.55 (748 ratings)
Last version
6.0.0
Release date
25 May 2020
Last seen
27 Sept 2026
Price
0 USD
Locales
1

Screenshots

Description

e-Təbib – Sağlamlıq məlumatlarınıza hər zaman və hər yerdə rahat çıxış imkanı! e-Təbib tətbiqi Azərbaycan Respublikası vətəndaşlarının, Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşayan əcnəbilərin səhiyyə məlumatlarına asan və təhlükəsiz çıxışı təmin edən bir platformadır. Tətbiqin əsas funksiyaları və üstünlükləri: Laborator analiz nəticələri: TƏBİB-in tabeliyindəki tibb müəssisələrində verilən laborator analizlərin nəticələrini asanlıqla əldə edin və digər tibb müəssisələrindən olan nəticələri də tətbiqə yükləyin; İnstrumental və diaqnostik müayinələr: Müayinə nəticələrinə tətbiq vasitəsilə baxın və onları idarə edin; Tibb müəssisələrinə müraciətlərin tarixçəsi: Əvvəlki müraciətlərinizi izləyin, diaqnozlar və göstərilən tibbi xidmətlərlə tanış olun; Göndərişlər: Dövlət tibb müəssisələri tərəfindən təqdim edilən göndərişlər ilə tanış olun, gösdərişlə gedəcəyiniz özəl tibb müəssisəsini seçin və onların statusunu izləyin; Onlayn növbə: Tibb müəssisəsinə əvvəlcədən növbə götürərək vaxtınıza qənaət edin; Ailə həkimi: Ailə həkiminizin məlumatları ilə tanış olun; Övladlarım bölməsi: Övladlarınızın tibbi məlumatlarına, analiz nəticələrinə və digər vacib sənədlərinə bir toxunuşla baxın; Tibb müəssisələri: TƏBİB tabeli tibb müəssisələrinin siyahısı və xəritədə yerləşməsi ilə tanış olun və olduğunuz yerə yaxın tibb müəssisəsini taparaq naviqasiya tətbiqləri ilə əlaqələndirin; Tibbi arayışlar və digər sənədlər: Sağlamlıq haqqında arayışlarınızı, icbari tibbi sığorta şəhadətnamənizi və digər sənədlərinizi onlayn qaydada əldə edin. Digər funksiyalar: Tibb müəssisələrində göstərilən tibbi xidmətlərin qiymətləndirilməsi; İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə elektron müraciət; Milli Peyvənd Təqvimi; İcbari tibbi sığorta ilə qarşılanan tibbi xidmətlərin siyahısı; Ən çox verilən suallar və s. “e-Təbib” - sizin Şəfalı mobil tətbiqiniz! İndi qeydiyyatdan keçin və təqdim olunan funksiyalardan yararlanın!

More from this publisher

See all →

Related

Rankings

CountryChartCategoryRankCaptured
Azerbaijan top-free health #8 27 Sept 2026
Azerbaijan top-free health #8 21 Sept 2026

Versions

VersionCountryObservedNotes
6.0.0 Azerbaijan 21 Sept 2026 Bug fix and improvement